"DÖVLƏT ADAMI KİMİ DAVRANACAĞIQ..." - Sinan Oğan ikinci turda kimi dəstəkləyəcək?

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində 5,28 faiz (2 796 379) səs toplayaraq, gözlənilməz bir uğura imza atan Sinan Oğan seçkinin böyük ehtimalla ikinci tura qalması ilə birlikdə önəmli bir fiqura çevrilib.

“AzPolitika.info” xəbər verir ki, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanın 49,50%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunun isə 44,89% səs topladığı (xarici seçicilərin səslərinin sayımı tam yekunlaşmayıb-red.) seçkinin yekun nəticəsinin bu gün axşam saatlarına qədər məlum olacağı bildirilir.

Qeyd edək ki, seçki ikinci tura qalacağı təqdirdə “Ata ittifaqı”ndan prezidentliyə namizəd olan Sinan Oğanın növbəti turda kimi dəstəkləyəcəyi böyük maraqla gözlənilir.

Sinan Oğan bu gün “ATO Congresium” binasının önündə verdiyi açıqlamada seçkilərin ikinci tura keçəcəyini əvvəlcədən dediyini xatırladıb.

Seçkilərdən əvvəl yüzdə 11-12 civarında səs alacaqlarını ifadə edən Oğan, “Biz o səsi aldığımızı düşünürük, amma bəzi sandıqlarda yüzdə 2 sürüşmə oldu” deyib.

“Son 3 gündə Məhərrəm İncəni rahat buraxan kütlə rəsmən bizə hücum etməyə başladı. Seçki günü ortaya bir sıra iddialar atıldı. Məktəblərə “Sinan Oğan geri çəkildi” yazılı plakatlar asdılar” -deyə, S. Oğan əlavə edib.

Türk millətçilərinin seçkinin mərkəzində olacağını dediyini xatırladan Oğan, “Bu seçkidə HDP və HUDA PAR kilid mövqedə olmayacaq” ifadəsini işlədib: “Biz dedik ki, bunun müəyyənedicisi biz olacağıq. Biz bütün məsuliyyəti öz üzərimizə götürəcəyik ki, qarışıqlıq olmasın. Biz məsuliyyətli dövlət adamı kimi davranacağıq”.

“İkinci turda kimə dəstək olacaqsınız?” sualına isə Oğanın cavabı bu cür olub: “Məsləhətləşəcəyik. Bu gün həm “Ata İttifaqı”nın nümayəndələrini, həm də birlikdə fəaliyyət göstərdiyim yoldaşlarımı görüşə dəvət etdim. Bu gün hər iki tərəflə birgə məsləhətləşmə toplantısı keçirəcəyik. Bu məsləhətləşmələr davam edəcək və inşallah ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ortaq ağlın qərarı olacaq”.

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-16 09:01:22

Amma tessüf ki, türk seçmeninin böyük bir kesimi, birinci turda Türkiyenin bekasını göz ardı edib de, kendi seçimlerini soğan ve patatest üzerinden yapdılar. Üzüntüverici. İnanak ki, ikinci turda onların bir kısmı ne yapdıklarının farkına varıb da, Erdoğanın tarafında olarlar. Eks halda onlar arzuladıkları soğan ve patatesti yemeye dinc bir alan bele bulamayacaklar..O halde ise udan türk duşmanları, uduzan ise türk milleti ve Türkiye olacakdır. O ki kaldı birinci turdas 2,8 milyon oy almış Sinan Oğana milletçiyem Atatürkçüyem deyir ya hadi hodru meydan. Bakalım ikinci turda Erdoğanımı seçecek, yoksa Türkiyeni türk duşmanları ile pazarlık yapan salak Kamalımı.

Mubariz 2023-05-15 17:21:21

Sinana səs verənlər həm Ərdoğana ,həm də Kılçdaroğluna simpatiyası olmayan kəsimdir ,ona görə həmin şəxslərin Sinanın yönləndirilməsi ilə səs verməyəcək

Adam 2023-05-15 16:40:58

Bildiyim qeder, bu adam azerbaycanli.. Eger eledirse. Erdogana ses verse, gozel olar.

Son yazılar