Menu

Ukrayna üçün “qırıcı koalisiyası” yaradılır - Zelenksi

15.05.2023, 16:57
Ukrayna üçün “qırıcı koalisiyası” yaradılır - Zelenksi

Böyük Britaniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir Rişi Sunakla Kiyevin daha çox döyüş təyyarəsi ilə təmin edilməsini müzakirə edib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Zelenski görüşdən sonra açıqlamasında bildirib.

O, Qərb müttəfiqlərinin Kiyevi daha çox döyüş təyyarəsi ilə təmin etməsi perspektivi ilə bağlı nikbin hiss etdiyini deyib.

“Bu gün biz qırıcılarla bağlı danışdıq, bu bizim üçün çox vacib mövzudur. Biz qırıcı koalisiyası yaratmaq istəyirik və mən bununla bağlı nikbinəm. Biz bu barədə danışdıq. Belə görürəm ki, çox yaxın vaxtlarda siz çox vacib qərarlar eşidəcəksiniz, lakin biz bunun üzərində bağlı bir az daha işləməliyik”, - Zelenksi deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol