Rusiyanın ardından Ukraynada da meşə yanğınları başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, mayın 15-də paytaxt Kiyevin şimalında meşə sahəsində yanğın baş verib.
Yanğının söndürülməsinə hərbçilərin də cəlb olunduğu bildirilib.
Xatırldaq ki, bu yaxınlarda Rusiyanın cənub-qərbində - Kurqan, Tümen və Sverdlovsk vilayətlərini əhatə edən meşə yanğınları qeydə alınıb.
Hazırda yanğının nəzarət altına alındığı bildirilib.
“AzPolitika.info”


Şərhlər