“Hazırkı iqtidar ikinci turda 50 faizdən çox səs toplayıb, hakimiyyətdə qalacaq”
“Türkiyədə keçirilən seçkilər bütün dünyaya göstərdi ki, Türkiyə həqiqətəndə müsəlman dünyasının ən aparıcı və bir nömrəli demokratik dövlətidir”.
Bunu ABŞ-da yaşayan siyasi şərhçi Ramiz Yunus mayın 14-də Türkiyədə keçirilən seçkiləri “AzPolitika.info”-ya şərh edərkən deyib.
R. Yunusun sözlərinə görə, Türkiyədəki seçkilərin demokratikliyi və şəffaflığı çoxları üçün gözlənilməz olub: “Bütün ABŞ mətbuatı yazır ki, Türkiyədə keçirilən yüksək səviyyəli demokratik və şəffaf seçkilər çoxları üçün gözlənilməz oldu. Bütün dünya mediasının gözü Türkiyədə idi. Oradakı müşahidəçilər belə seçkilərin şəffaf aparıldığını bildiriblər”.
“Seçkilərin nəticələrinə gəlincə, ola bilər ki, bu, Qərbdə çoxları üçün gözlənilməz oldu. Çünki onlar öz istədiklərini göstərirdilər. Həqiqət isə başqa cür idi. Bu seçkilər onu göstərdi ki, ölkənin ən azı yarısı hazırkı iqtidarı dəstəkləyir. Çox güman ki, hazırkı iqtidar ikinci turda 50 faizdən çox səs toplayıb, hakimiyyətdə qalacaq. Mənim üçün qürurverici hadisə o oldu ki, bütün dünyanın göz qarşısında bizim əziz Türkiyəmizdə belə bir demokratik seçki prosesi baş tutdu. Bu, Türkiyə və türk dünyası düşmənlərinə möhtəşəm cavab idi”,- siyasi şərhçi bildirib.
Rasim
“AzPolitika.info”

Şərhlər