“Sülh layihəsi nə Brüsselin, nə də Moskvanındır. Onu hər iki tərəf hazırlayıb”.
“AzPolitika.info” xəbər verir ki, bunu bu gün jurnalistlərin suallarını cavablandıran Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
Safaryan bildirib ki, Ermənistanın yalnız Qərb meydançasında danışıqlar apardığı barədə şərhlər doğru deyil: “Danışıqlar bir neçə meydançada aparılır, o cümlədən də Rusiyada. Mayın 19-da XİN başçılarının Moskvada görüşü planlaşdırılıb”.
Safaryan Qarabağ ermənilərinin gələcəyilə bağlı suala da cavab verib və danışıqlarda bu məsələnin də yer aldığını iddia edib.
O, sözügedən məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunduğunu deyib: “Azərbaycanın ərazi bütövlüyü həmişə tanınıb və bu baxımdan hansısa yenilik yoxdur"ə
Onun sözlərinə görə, danışıqlar Qarabağda qalan ermənilərin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmlərinin təmin olunması ətrafında gedir.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağ məsələsinin bitdiyini və ərazidə qalan ermənilərin ölkəmizdəki bütün vətəndaşlarla eyni hüquq və imkanlarla təmin olunacağını bəyan edib.
“AzPolitika.info”


Şərhlər