Menu

“Ukrayna 40-50 “F-16” istəyir” - Mart ayından etibarən bu təyyarələrə tələbat daha da artıb

16.05.2023, 15:21
“Ukrayna 40-50 “F-16” istəyir” - Mart ayından etibarən bu təyyarələrə tələbat daha da artıb

Ukrayna Müdafiə naziri Aleksey Reznikovun müşaviri Yuri Sak Ukrayna ordusuna lazım olan Qərb təyyarələrinin sayını açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, “Politico” nəşrinə müsahibə verən Sak Ukraynanın öz hava məkanını qorumaq üçün azı 40-50 ədəd “F-16”-ya ehtiyacının olduğunu bildirib.

Sak deyib ki, xüsusilə də mart ayından başlayaraq Rusiya təyyarələrinin idarə edilən bombalardan istifadə etməsi Ukraynanın “F-16”-lara tələbatını daha da artırıb. Belə ki, Ukrayna tərəfinin həmin bombaları uzaq məsafələrdən atan Rusiya təyyarələrini vurmaq imkanları demək olar, yoxdur. 

Sak deyib ki, Ukrayna bu təyyarələri almağa çox ümid edir: “Üç ay bundan əvvəl biz tanklar üçün mübarizə aparırdıq, bu gün isə qırıcı koalisiyası haqqında danışılır – bu, çox ümidverici əlamətdir. Biz bilirik ki, “F-16”-larsız bizim hava hücumundan müdafiəmiz natamam olacaq”.

Müşavir Volodimir Zelenskinin Avropa ölkələrinə son səfərlərini xatırladıb və deyib ki, rəsmi Kiyev “F-16” məsələsinin Yaponiyada keçiriləcək “G7” samitində və NATO-nun iyulda Litvada keçiriləcək toplantısında gündəliyə daxil olunmasını istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol