Menu

“Brüsseldə Azərbaycanın qələbəsini görürəm” – Bakının tətbiq etdiyi metdolar dünyada müasir normaya çevrilir”

16.05.2023, 16:55
“Brüsseldə Azərbaycanın qələbəsini görürəm” – Bakının tətbiq etdiyi metdolar dünyada müasir normaya çevrilir”

“Brüssel danışıqlarında mən Ermənistanın deyil, Azərbaycanın qələbəsini görürəm. Gördüyüm tək şey məhbusların azad edilməsi çağırışıdır, lakin bu, razılaşmadan asılı olmayaraq, yerinə yetirilməli olan tələbdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu mayın 16-da parlamentdə jurnalistlərə müsahibəsində “Ermənistan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

“Bu gün Azərbaycan daha böyük tələbə - Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymadı, Şarl Mişel bu barədə bir söz dedimi? Aİ dəyər sisteminin əsas müdafiəçilərindən biri bu şərtləri normal hesab edir. Ermənistan da bunu normal hal hesab edir. Ancaq əgər bu məsələ həll olunmasa, o zaman başqa heç bir məsələ həll olunmayacaq”, - deyə Rüstəmyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan məsələləri öz metodları - güc tətbiqi, hərbi əməliyyatlarla həll edir və bu, müasir dünyada normaya çevrilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol