Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır.
“AzPolitika.info” xəbər verir ki, bunu bunu ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, İran Rusiyanın əsas hərbi tərəfdaşı olmağa davam edir.
Onun sözlərinə görə, İranın Moskvaya Ukraynadakı müharibəni davam etdirə bilməsi üçün top və tank mərmiləri göndərir.
“Bu əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, keçən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib. İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir”, - Kirbi əlavə edib.
“AzPolitika.info”


Şərhlər