Menu

“Ukraynaya 250 milyard dollar xarici kapital lazım olacaq” - AYİB

17.05.2023, 15:31
“Ukraynaya 250 milyard dollar xarici kapital lazım olacaq” - AYİB

Müharibədən sonra Ukraynanın bərpası üçün beş il ərzində 250 milyard dollar xarici kapitala ehtiyac var.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, müharibədən sonra Ukraynaya xarici kapital axını hər il 50 milyard dollara çatmalıdır.

“Ukraynanın bərpası üçün bu 5 illik müddət ərzində iqtisadiyyatı 14% böyüəməlidir. Bu, sabit qiymətlərlə orta ÜDM-u 150 milyard dollardan 225 milyard dollara yüksəldəcək. Səmərəli ennerji, sənaye kapitalı və kənd təsərrüfatı texnikası ilə yanaşı, özəl sektordakı fiziki şəxslərin yetəri qədər maliyyə imkanlarına malik olması Ukraynada mənzil fondunun, nəqliyyat, enerji və bələdiyyə infrastrukturunun yenidən qurulmasına mühüm töhfə verə bilər. AYİB iqtisadiyyatın real sektorunu dəstəkləmək üçün 2022-2023-cü illər ərzində Ukraynaya 3 milyard avro sərmayə qoymağı öhdəsinə götürüb” - deyə, hesabatda bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol