Menu

ABŞ transgender təhsili üçün bu ölkəyə qrant ayırır

17.05.2023, 16:08
ABŞ transgender təhsili üçün bu ölkəyə qrant ayırır

Camaat-i İslami Partiyası (Jamaat-e-Islami) Pakistanda transgender tələbələrə ingilis ədəbiyyatı və dilini öyrətmək üçün ABŞ Prezidenti Co Bayden tərəfindən 500,000 dollarlıq qrant layihəsinin təsdiqlənməsini pisləyib və bunu ölkənin mənəvi və mədəni dəyərlərinə qarşı ciddi bir sui-qəsd adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, Camaat-i İslami Partiyası və Milli Təhsilin İnkişafı Federasiyasının (NAFE) baş direktoru professor İbrahim Xan, hökumətdən ABŞ-ın bu qrantından imtina etməyi tələb edib. Həmçinin, transgender hüquqları adı altında homoseksuallıq və vulqarlığın təbliğatının qarşısını almaq üçün təcili addımlar atmağı istəyib.

Onlar belə qrantların yeni nəslin əxlaqına və xarakterinə ölümcül zəhər olacağı barədə xəbərdarlıq edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol