Menu

“Ermənistan Avropa İttifaqının sanksiyalarını pozur" – “Mən heç kimə barmaq silkələmirəm, amma...”

17.05.2023, 18:04
“Ermənistan Avropa İttifaqının sanksiyalarını pozur" – “Mən heç kimə barmaq silkələmirəm, amma...”

“Avropa İttifaqı (Aİ) özündən bəzi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan və Qırğızıstana, eləcə də Ermənistana, onlardan isə Rusiyaya ticarətdə şübhəli artım müşahidə edir.

“AzPolitika.info” xəbər verir ki, bunu Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.

“Aİ-nin ayrı-ayrı ölkələrinin gömrük sistemlərindəki fərqlərdən yaranan boşluqlar sanksiyalardan yan keçmək istəyənlərə imkan verir. Ticarət yolu ilə sanksiyalardan yayınmağın müəyyən formaları var. Biz dünən Aİ-nin İqtisadi və Maliyyə Şurasında nazirlərə məlumat təqdim etdik: Aİ-dən bir sıra Mərkəzi Asiya ölkələrinə, Ermənistan, Qazaxıstan, Qırğızıstana ixracda aşkar artım var. Onlar bu malları Rusiyaya göndərirlər”, - Paolo Gentiloni bildirib.

Avropa komissarı misal kimi Aİ-dən Qazaxıstana ixracda 185 milyon avro artım müşahidə olunduğunu göstərib.

“Qazaxıstandan Rusiyaya ixracda da 186 milyon avro artım var. Mən heç kimə barmaq silkələmirəm, amma bu faktlar göz qabağındadır”, - deyə o, vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol