Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi ilə birgə işə qəbul aksiyası keçirib.
“AzPolitika.info” xəbər verir ki, aksiya çərçivəsində 13 aprel tarixində 49 nəfər işlə təmin olunub, 16 may tarixində isə daha 20 nəfərin işə qəbulu nəzərdə tutulub.
"SOS” MMC Dövlət Məşğulluq Agentliyi ilə birgə il ərzində ümumilikdə 100 nəfəri işlə təmin etməyi planlaşdırır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına daim dəstək olan “SOS” MMC şirkəti bu günə qədər 230 Vətən müharibəsi iştirakçısını işlə təmin edib.
Onlardan – 16-sı qazi, 17-si şəhid ailəsi üzvü, 83-ü isə birinci Qarabağ müharibəsi iştirakçısı kimi “SOS” MMC-də çalışır.
“AzPolitika.info”


Şərhlər