Menu

Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına yeni sədr seçilib

18.05.2023, 16:03
Naxçıvan MR Həmkarlar İttifaqları Şurasına yeni sədr seçilib

Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilib.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının genişləndirilmiş məclis iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iştirak ediblər.

Qeyd edək ki, Q.Abdullayev bundan əvvəl həmin qurumun Maliyyə-təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol