“Regionda sülhün bərqərar olması Ermənistan Respublikasının hədəfidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan mayın 18-də Minskdə KTMT PA Şurasının iclasında deyib.
“Yalnız açıq və konstruktiv dialoq davamlı sülh, təhlükəsizlik və regionun sabit inkişafı üçün əsas ola bilər", - spiker əlavə edib.
Simonyan bildirib ki, ötən il Ermənistan və Türkiyə münasibətlərin normallaşması prosesinə başlayıb. “Bu çərçivədə müəyyən razılaşmalar əldə olunub, lakin indiyədək heç bir real nəticə yoxdur və bir çox məsələlər həllini tapmayıb. Hesab edirik ki, nizamlanma prosesi ilkin şərtsiz olmalıdır”, - o vurğulayıb.
“AzPolitika.info”


Şərhlər