Menu

Rusiyaya məxsus silah anbarları və texnika məhv edilib - Ukrayna SQ Baş Qərargahı

19.05.2023, 01:34
Rusiyaya məxsus silah anbarları və texnika məhv edilib - Ukrayna SQ Baş Qərargahı

Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib.

APA-nın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib.

Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol