Menu

General ABŞ-ı nüvə silahını hazır vəziyyətə gətirməyə çağırır – “Putinə bu barədə hazır olduğumuzu deyə biləcəyikmi?”

19.05.2023, 12:22
General ABŞ-ı nüvə silahını hazır vəziyyətə gətirməyə çağırır – “Putinə bu barədə hazır olduğumuzu deyə biləcəyikmi?”

“Ukraynanın gözlənilən əks-hücum əməliyyatından əvvəl ABŞ rəsmiləri Rusiyaya bəyan etməlidirlər ki, onlar nüvə silahlarını istənilən an hazır vəziyyətə gətirə bilərlər”.

“AzPolitika.info” xəbər verri ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general Uesli Klark Vaşinqtonda baş tutan Atlantika Şurasında çıxış edərkn deyib.

Klark Ukraynanın mümkün əks-hücum əməliyyatıyla bağlı dərin narahatlıq keçirdiyini, lakin eyni zamanda, ümidli olduğunu deyib: “Bu müharibə ABŞ və təbii ki, Rusiyanın indiyə qədər iştirak etdiyi müharibələrdən fərqlidir. Bu əməliyyatları təhlükəsiz şəkildə icra etmək olduqca çətindir. Belə bir məqamda pilotsuz uçuş aparatları, peyklər, elektron informasiya sistemləri, kəşfiyyat vasitələrinə ehtiyac olur. Ukraynanın Rusiya peyklərini necə “kor” edəcəyi, rusların rabitə şəbəkələrinə müdaxilə edə bilməyəcəyi və Rusiyanın gərgin hava kampaniyasına nə dərəcədə müqavimət göstərə biləcəyi ilə bağlı narahatlıqlar var”.

General ABŞ və Qərb ölkələrinin Ukrayna ordusunun arxasında durduqları müddətcə müharibənin nəticəsi ilə bağlı ümidli olduğunu vurğulayıb.

Klark, Ukrayna müharibəsinin uzun sürməsinin ABŞ üçün sərfəli olmadığını qeyd edib:“Rusiyanın nüvə silahı var. Putinə bu barədə hazır olduğumuzu deyə biləcəyikmi? Administrasiya strateji siyasi məqsədlərinə çatmaq üçün nə etməli olduğuna və hərbi hərəkətlərinin buna necə uyğun olduğuna baxmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol