Menu

Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı vasitə tapılıb

19.05.2023, 13:04
Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı vasitə tapılıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol