Menu

“Rusiya problem yaradır, həll etmir...” - Paşinyanın partiyası Moskvadan narazıdır

19.05.2023, 15:47
“Rusiya problem yaradır, həll etmir...” - Paşinyanın partiyası Moskvadan narazıdır

“Rusiya öz öhdəliklərini yerinə yetirmir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Nikol Paşinyanın hakim partiyasının Ermənistan parlamentindəki nümayəndəsi Viqen Xaçatryan deyib.

Parlamentdə jurnalistlərin suallarını cavablandıran Xaçatryan Vladimir Putinin və Rusiya XİN başçısı Sergey lavrovun ünvanına ittihamlar səsləndirib: “Lavrov deyir ki, Qarabağ erməniləri Kosovo serbləri qədər haqlara malik olmalıdırlar. Yəni, erməni dilində danışa bilməlidirlər, bundan artıq heç nə. Bu adamların bəyanatlarına necə ciddi yanaşmaq və onlarla müzakirələrdən nə gözləmək olar?”

Xaçatryan xatırladıb ki, Lavrov bir neçə ay əvvəl Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasını yolverilməz sayırdı. Buna baxmayaraq, Azərbaycan həmin məntəqəni quraşdırdı: “Rusiyanın davranışlarını anlamaq olmur. O, (Azərbaycanı dayandırmağı) bacarmır, yoxsa istəmir?”

Paşinyanın silahdaşı hesab edir ki, Rusiyada keçirilən müzakirələrdən müsbət nəsə gözləməyə dəymir. Çünki Rusiya problemləri həll etmək əvəzinə, yenilərini yaradır və məsuliyyəti Ermənistanın boynuna atır: “Moskva susur və problemləri Ermənistanın çiyinlərinə atır. Rusiya daha çox problem yaradır, nəinki onların həllinə çalışır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol