Ukraynada bir neçə gün əvvəl Rusiyanın Kiyevə raket hücumundan sonra zədələnən ABŞ-ın “Patriot” zenit sistemi təmirdən sonra fəaliyyətə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə cümə axşamı Pentaqonun sözçüsü Sabrina Sinq bildirib.
"O, təmir olunub və hazırda tam fəaliyyətdədir" deyə Sinq mətbuat konfransında bildirib. O qeyd edib ki, təmirə ABŞ-dan olan mütəxəssislər kömək ediblər. S.Sinq qurğuya dəymiş ziyanın mahiyyəti barədə ətraflı məlumat verməyib.
Bundan əvvəl Amerika KİV-i administrasiyadakı mənbələrə istinadən Rusiyanın raket hücumu nəticəsində kompleksin zədələndiyini, lakin dağılmadığını qeyd edib.
Rusiya Müdafiə Nazirliyi də öz növbəsində iddia edib ki, “Kinjal” raketi “Patriot” kompleksinin beş buraxılış qurğusunu və bir radarı məhv edib.
“AzPolitika.info”


Şərhlər