Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci turda “ATA” İttifaqından prezidentliyə namizəd olmuş Sinan Oğanla görüşüb. Görüş qapalı şəraitdə keçib. Görüşdən sonra hər hansı açıqlama verilməyib. 

Görüşdən iki foto  paylaşılıb. 

 ***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci turda “ATA” İttifaqından prezidentliyə namizəd olmuş Sinan Oğanla görüşəcək.

“AzPolitika.info” xəbər verir ki, Ərdoğan bu gün İstanbuldakı Dolmabağça Prezident Ofisində Oğanı qəbul edəcək.

Xatırladaq ki, bu gün Sinan Oğanın “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluyla görüşəcəyi deyilsə də, bu görüş baş tutmayıb.

“AzPolitika.info”