Menu

Rusiya ordusu Xersonu bombalayıb - 2 mülki şəxs həlak olub

20.05.2023, 12:53
Rusiya ordusu Xersonu bombalayıb - 2 mülki şəxs həlak olub

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol