Rusiya mayın əvvəlindən on birinci dəfədir ki, Kiyevə pilotsuz təyyarələrlə hücum edib. Ukrayna rəsmiləri bildiriblər ki, aşkar edilmiş bütün dronlar vurulub, heç kim xəsarət almayıb.
Xerson vilayətinin növbəti dəfə atəşə tutulması nəticəsində isə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə vilayət prokurorluğu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Kiyevdə 18 “Şahed” pilotsuz uçan aparatı vurub. Ukrayna paytaxtının bir neçə rayonunda pilotsuz təyyarələrin hücumu dağıntılara səbəb olub. Onların arasında - çoxmərtəbəli binanın damında baş verən yanğın, texniki binanın, avtomobillərin və yol örtüyünün zədələnməsi faktları yer alır.
Gecə saatlarında Ukraynanın digər bölgələrində də hava hücumu xəbərdarlığı səslənib. Yerli hakimiyyət orqanlarının fikrincə, Rusiya əsas hədəflərə zərbələr endirməyə, Ukraynanın hava hücumundan müdafiə resurslarını tükətməyə və sakinləri dərin psixoloji gərginlikdə saxlamağa çalışır.
“AzPolitika.info”


Şərhlər