Menu

Zelenski F-16-larla bağlı Baydenə söz verib

21.05.2023, 15:49
Zelenski F-16-larla bağlı Baydenə söz verib

ABŞ Prezidenti Co Bayden bazar günü Ukrayna lideri Vladimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya doğru irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirib.

APA xəbər verir ki, Xirosimada keçirilən Yeddilik Qrupu (G7) sammiti çərçivəsində keçirilən mətbuat konfransında müxbirin F-16 qırıcılarının tədarükü münaqişəni qızışdırıb-qaldırmayacağı sualına Bayden belə cavab verib:

“Mənim Zelenskidən dəqiq əminliyim var ki, onlar Rusiya ərazisinə irəliləmək üçün F-16 qırıcılarından istifadə etməyəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol