Menu

Yeni dəhşətli pandemiyanın anonsu verildi, episentri açıqlandı

22.05.2023, 11:33
Yeni dəhşətli pandemiyanın anonsu verildi, episentri açıqlandı

Tayvan növbəti pandemiyanın episentri ola bilər. Bu fikri İsveçrə Mətbuat Klubunun Cenevrədə təşkil etdiyi mətbuat konfransı zamanı adanın səhiyyə naziri Syue Tszuy-yuan deyib.

“Qorxuram ki, Tayvan növbəti pandemiyanın episentri olacaq. Bunun bütün dünya üçün dəhşətli nəticələri gözlənilir”, - deyə qurumun rəhbəri bildirib.

Onun belə bir proqnoz verməsinin səbəbləri açıqlanmır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasının statusunu, mayın 11-də isə dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimini ləğv edib. (Mənbə: News.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol