Menu

Moskvadan ABŞ-ın Krım açıqlamasına sərt reaksiya – “Bu, Rusiyaya zərbə sayılacaq!”

22.05.2023, 11:55
Moskvadan ABŞ-ın Krım açıqlamasına sərt reaksiya – “Bu, Rusiyaya zərbə sayılacaq!”

“Birləşmiş Ştatlar Krıma zərbə endirmək üçün Ukrayna Silahlı Qüvvələrinin (AFU) Amerika silahlarından istifadə etməsinə etiraz etmir, çünki bu ərazi respublikanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına müsahibəsində bildirib: “Biz Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilərə zərbə endirməsi üçün heç bir məhdudiyyət qoymamışıq. Krım isə, bizim fikrimizcə, Ukraynadır”.

Siyasətçi vurğulayıb ki, Vaşinqton NATO-nun Kiyevə verdiyi silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirilməsini dəstəkləmir.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə bu bəyanatdan sonra ABŞ-a xəbərdarlıq edib. Səfir Krıma ABŞ silahları ilə zərbə endiriləcəyi təqdirdə cavab veriləcəyini bildirib.

“ABŞ administrasiyasına Krımla bağlı belə qeyri-ciddi mühakimələr, xüsusən Kiyevin yarmadaya hava hucumlarına “xeyir-dua” verməsi ilə bağlı xəbərdarlıq edirəm. Həmin əraziyə zərbə Rusiyanın digər hər hansı subyektlərinin birinə hucum kimi qiymətləndiriləcək. ABŞ Rusiyanın cavab tədbirlərinin necə olacağı ilə bağlı özünə hesabat verməsi vacibdir”- deyə, Antonov səfirliyin “Teleqram” kanalında yazıb.

Diplomatın sözlərinə görə, Vaşinqton Kiyevə F-16-lar verməklə və Krıma zərbələri dəstəkləməklə qarşıdurmanı kəskinləşdirib. Antonovun sözlərinə görə, bu ABŞ-ın sülhün əldə edilməsində maraqlı olmadığını nümayiş etdirir.

“ABŞ “özgə əli” ilə bizə müqavimət göstərir”-yazan səfir bildirib ki, Ukraynanın F-16-ları istismara etmək üçün infrastrukturu yoxdur.

“ABŞ qırıcıları NATO hava limanlarından əcnəbi “könüllülərin” idarəsi ilə uçacağı halda nə baş verəcək?”-deyə, səfir sual edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol