Son 50 ildə baş verən təbii fəlakətlər 2 milyondan çox insanın ölümünə səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO)yaydığı hesabatda bildirilib.
Hesabata görə, 1970-2021-ci illər ərzində 11778 təbii fəlakət baş verib.
Ekstremal hava, iqlim və su ilə bağlı təbii fəlakətlər nəticəsində 2 milyondan çox insan həyatını itirib və bu fəlakətlər 4,3 trilyon dollar iqtisadi itkiyə səbəb olub.
Məlumatda qeyd olunub ki, ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib. 2020 və 2021-ci illər ərzində təbii hadisələr nəticəsində ümumilikdə 22 608 ölüm faktı qeydə alınıb.
“AzPolitika.info”


Şərhlər