Menu

ABŞ Dövlət Departamenti Nyu-Yorkdakı Türk Evinə hücumu araşdırır

23.05.2023, 01:03
ABŞ Dövlət Departamenti Nyu-Yorkdakı Türk Evinə hücumu araşdırır

Diplomatik Təhlükəsizlik Xidməti (Müstəqil federal hüquq-mühafizə strukturu statusuna malik ABŞ Dövlət Departamentinin təhlükəsizlik qüvvələri – red.) Nyu-Yorkun hüquq-mühafizə orqanları ilə birlikdə Türk Evinə hücumu araşdırır.

Bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Biz Nyu-Yorkda Türk Evinə qarşı vandalizm hadisəsindən xəbərdarıq. Deyə bilərəm ki, Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanları ilə araşdırma aparır. Biz vandalizmi pisləyirik və diplomatik nümayəndəliklərə qarşı zorakılıq ABŞ-də cəzalandırılır”, - deyə o, bəyan edib.

Miller jurnalistin Dövlət Departamentinin hücum edənlərin xüsusi plan hazırlayıb-hazırlamadığı və Türkiyənin ABŞ-dəki diplomatik nümayəndəliklərinə qarşı təhdidlərin olub-olmadığı barədə sualına cavab verməyib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol