Menu

Azərbaycanla İspaniya arasında birbaşa aviareys açılacaq

20.11.2014, 13:02
Azərbaycanla İspaniya arasında birbaşa aviareys açılacaq

2015-ci ildə Azərbaycanla İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılması planlaşdırılır.

Bu barədə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Barselonada EİBTM beynəlxalq turizm sərgisində deyib.

Nazir müavini bildirib: "Hazırda Madridlə Bakı arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi üzrə danışıqlar yekunlaşma mərhələsindədir".

Onun sözlərinə görə, hava reysinin açılması gələcəkdə turst axınının artmasına və iki ölkə arasında biznesin stimullaşdırılmasına təkan verəcək.

N.Səmədov qeyd edib ki, çoxsaylı ispan tursitlərin cəlb edilməsində başlıca əngəl İspaniyada Azərbaycanın əhəmiyyətli dərəcədə tanınmamasıdır.

Nazir müavini bildirib ki, bu istiqamətdə Bakının kommersiya fəaliyyətinin artırılması lazımdır. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol