PUTİNİN ÜRƏYİNƏ SANCILMIŞ “KİNJAL”... -“Rusiya silahları müharibədə deqradasiyaya uğrayır”

Artıq xarabalığa çevrilmiş və heç bir strateji əhəmiyyət daşımayan kiçik Baxmut şəhərinin alınmasını böyük zəfər kimi bayarm edən Rusiya bu şəhər uğrunda gedən döyüşlərdə özünün 30 mindən çox ən hazırlıqlı döyüçüsünü itirdiyini sanki unudub.

Rusiya -Ukrayna müharibəsini təhlil edən beynəlxalq hərbi ekspertlər bu şəhər uğrunda döyüşlərin hələ yekunlaşmadığını və Baxmutun Ukrayna ordusu tərəfindən mühasirəyə alınacağını qeyd etməklə yanaşı, bildirirlər ki, Rusiya üçün ən böyük zərbə diversiya qruplarının Belqorod vilayətindəki fəaliyyətləri və altı “Kinjal” hipersəs raketinin Kiyev səması üzərində vurulmasıdır.

Ukrayna ərazisinə edilən iri miqyaslı hava hücumları göstərdi ki, Rusiyanın daha bir “anoloqu yoxdur” iddiası əfsanəymiş.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalı “Putinin ürəyinə sancılmış “Kinjal”: Rusiya silahları müharibədə necə deqradasiyaya uğrayır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub.

Həmin məqaləni təqdim edirik: ”İndi düşmən yenidən fikirləşməli və baş verənləri yaxşıca analiz etməlidir. Kiyevə hücum zamanı rusların altı ədəd “Kinjal” raketinin vurulması Kremlə güclü psixoloji zərbədir. Əgər Ukrayna Hava Hücumundan Müdafiə sistemləri(ABŞ-ın “Patriot” Zenit Raket Kompleksi) rusların hipersəs adlandırdıqları raketləri vurursa, o zaman onların həqəqətən də hipersəs raketlər olması arqumenti şübhə altına düşür və deməli, həmin raketlərin texniki xüsusiyyətlərində ciddi problemlər var. Hərçənd ki, mütəxəssislər deyirlər ki, uçuş trayektoriyasının müəyyən mərhələsində bu raket həqiqətən də 5 max-a (aeordinamik olaraq bir max təxminən saatda 1200 kilometrdir) kimi sürət alır. Ona görə də bu göstərici onu şərti olaraq hipersəs hesab etməyə imkan verir.

Bu barədə Oslodan olan raketlər üzrə aparıcı ekspert “The Telegraph”-da material dərc edib və orada sözügedən məsələni təfərrüatı ilə izah edib. Prinsipcə onunla razılaşmaq olar ki, Rusiya üçün “Kinjal”ın vurulması neqativ nəticələrə gətirəcək. Çünki bu, sadəcə ballistik raketin vurulması məsələsi deyil. Hələ bu yaxınlara kimi rusiyalılar “Kinjal”la fəxr edirdilər.

Qeyd etmək lazımdır ki, 2018-ci ildə Putin ilk dəfə olaraq onlarda güclü hipersəs raketlərin olması barədə danışmışdı. Rusların “Kinjal”, ”Avanqard” və “Tsirkon” raketləri haqqındakı bəyanatlarını yadımıza salaq.

Artıq belə güman etmək olar ki, bütün bu raketlərin çoxlu problemləri var. Məsələn, onlardan biri 2019-cu ildə sınaq zamanı partlamş və bu hadisə zamanı beş nəfər ölmüşdü. Biz hələ o zaman buna böyük texnoloji problemin başlanması kimi baxmışdıq. Bu texnologiyaların deqradasiyası irəlidə də davam edəcək.

”Moscow News” nəşri 16 mayda xəbər yayıb ki, hipersəs silahı ilə məşğul olan alimlərin bir neçəsi həbs edilib. Yada salmaq istərdik ki, 2022-ci ilin avqustundan başlayaraq, artıq bu məsələ ilə bağlı 16 nəfər həbsə atılıb.


Onlardan biri, 55 yaşlı alim həbs edildikdən sonra vəfat edib. İndi deyirlər ki, həbs olunan alimlər hipersəs raket texnologiyası barəsində məlumatları Çinə verməkdə ittiham edilirlər. Çox maraqlıdır! Axı, deyəsən, Çin Rusiyanın böyük dostu idi!

Yəqin ki, ”hipersəs” raketləri öz xüsusiyyətlərini praktikada təsdiq etmədiyindən alimlər hakimiyyətin qəzəbinə tuş gəliblər. Onda belə çıxır ki, Putinin 2018-ci ildə danışdıqları, Rusiya ordusunun 80 faiz yeni siahlarla təchiz edilməsi barədə Şoyqunun verdiyi bəyanat kimi daha bir klounadadır. Yəni, biz texnoloji problemlərin uzun illər ərzində necə “malalandığını” görürük.

Hazırda Rusiya faktiki baxımdan öz yalanının acı nəticəsi ilə üzləşib. Bunu dünya və cəmiyyət görür. Bu nəticə istənilənlərin həyata keçirilməsinin faktiki mümkünsüzlüyü və məğlubiyyətə aparan yoldur. Dövlət Dumasında və müxtəlif təbliğat kanallarında səsələnən isterik fikirləri diqqətlə izlədikdə Rusiyadakı təlaşlı əhval-ruhiyyənin kəskin artımı aydın hiss olunur.

Yeri gəlmişkən, onu da deyək ki, bu yaxınlarda Putin “Xüsusi Hərbi Əməliyyat” keçirildiyi bir vaxtda məmuralrın istefaya çıxmasına qadağa qoyan sərəncam imzalayıb. Deməli, artıq bütün dövlət işçiləri üçün hansısa təhkimçilik dövrü başlayır.

“Kalibr” raketlərinin Krıma düşməsi

“Kalibr”-lərlə də bağlı problemlərin olduğu göz önündədir. Tamamilə mümkündür ki, Krımda ”Kalibr” öz trayektoriyasını dəyişib və yerə çırpılıb. Belə bir hadisə heç də birinci dəfə deyil ki, baş verir. Hələ Ukraynanya müdaxilə olmamışdan öncə də bu cür insidentlər yaşanmışdı və hətta nümayiş etdirilən zaman “Kalibr” raketi havada bir müddət fırlandıqdan sonra düşmüşdü.

Digər yandan, ruslardan ələ keçirilmiş hərbi qənimət nümunələrinin texniki vəziyyətini araşdıran mərkəz “T-90” tanklarının problemləri haqqında məlumat verib. Bu mərkəzin mütəxəssisləri bildiriblər ki, ”T-90” tankı nəinki texnoloji üstünlüyə malik deyillər, hətta onlar heç yeni də deyillər. Bu tanklart sadəcə, “T-72” tankının təkmilləşdirilmiş versiyasıdır. Bu, Rusiyada texnoloji deqradasiyanın hökm sürdüyünü bir daha sübut edir.

Bizim və bütün dünyanın işi bu deqradasiyanı elə bir səviyyəyə gətirməkdir ki, Rusiya güclü raketlər, təyyarələr, zirehli texnika və “Yaylım Atəşli Raket Sistemləri” və sairə silahlar istehsal edə bilməsin. Məsələn, ”Tornada-C” raket sistemlərinin istehsalı Qərbin müxtəlif çeşidli texnoloji komponentlərindən əhəmiyyətli dərəcədə asılıdır”.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar