Menu

AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ GERİ ÇAĞIRILDI - Yeni təyinat + FOTO

23.05.2023, 14:42
AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ GERİ ÇAĞIRILDI - Yeni təyinat + FOTO

Prezident İlham Əliyev Elmira Hüseyn qızı Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Şərhlər

dadaşyev 2023-05-23 22:58:32

Bu çoxdan gözlənilən idi.Luçşe pozdno,çem nikoqda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol