“Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.
Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər:
“Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”.


Şərhlər
Hörmətli Azpolitika, xahiş edirik məqalələri redaktə edəsiniz. Yuxarıdakı yazıda qeyd edilir ki, İmarətdə 30-dan artıq qəbir çıxarılıb. Qəbir çıxarılıb nə deməkdir? Qəbir çıxarılıb ya, onun içindəki? QƏBİRİ NECƏ ÇIXARMAQ OLAR? Professor Abbas Seyidovdan soruşuram, a kişi sən hansı etnikdənsənsə mən bilmirəm, əvvəlcə Azərbaycan türkcəsini əməlli öyrən sonra mətbuata çıx..