Menu

Qabon Prezidenti Azərbaycan liderini təbrik edib

23.05.2023, 15:13
Qabon Prezidenti Azərbaycan liderini təbrik edib

Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Cənab Prezident!

Sizə 28 May – Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.

Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Şərhlər

dadaşyev 2023-05-23 22:52:00

"Qabonun ağ alması,Yeməyə bağ alması,Yarım litr gələnə qalıb,Yaramın sağalması".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol