Menu

"Nar Mobile" İnterneti bahalaşdırdı

20.11.2014, 13:06
"Nar Mobile" İnterneti bahalaşdırdı

Nar Mobile mobil operatoru internetin qiymətini artırıb.

Şirkətin təqdim etdiyi "TURBO" paketlərin qiyməti təqribən 20% artıb. 1 manatlıq paketdə əvvəlki kimi 100 yox, 80 MB, 2 manatlıqda isə 250 yox, 200 MB internet var və s.

Maraqlıdır ki, bütün kampaniyalar və yeniliklərlə bağlı abunəçilərini dərhal məlumatlandıran "Nar Mobile" bu dəyişiklik barədə geniş məlumat yaymayıb.

Şirkətin abunəçiləri bu yenilikdən yalnız yeni TURBO paket yükləyəndə, ya da "Nar Mobile"nin rəsmi saytında tariflərlə maraqlandıqda xəbər tuturlar. /Fins.az

Qiymət

Paket həcmi

Əvvəl

İndi

1 manat

100 MB

80 MB

2 manat

250 MB

200 MB

3 manat

500 MB

400 MB

5 manat

1,0 QB

-

6 manat

-

1,0 QB

12 manat

5,0 QB

4,0 QB

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol