Menu

Azərbaycan Qazaxıstan üçün 10 nəfərlik təhsil təqaüdü ayırır

23.05.2023, 20:45
Azərbaycan Qazaxıstan üçün 10 nəfərlik təhsil təqaüdü ayırır

Azərbaycan universitetləri dövlətlərarası təhsil təqaüdləri çərçivəsində qazaxıstanlılar üçün bakalavr və magistr pilləsi üzrə 10 nəfərlik təqaüd ayırır.

“Report” xəbər verir ki, bu barədə “Kazinform”a Beynəlxalq Proqramlar Mərkəzi ASC-dən məlumat verilib.

Tədris Azərbaycan, rus və ingilis dillərindədir. Universitetlər pulsuz dil kursları təklif edir. Bu ölkənin tələbələri Azərbaycanın 25 aparıcı universitetindən birini seçə bilərlər.

Ərizələr iyunun 9-dək təqdim edilməlidir. Təqaüd dil kurslarını, akademik təhsili, yataqxanada yerləşməni, tibbi sığortanı və aylıq müavinəti əhatə edir.

Şərhlər

dadaşyev 2023-05-23 22:28:55

Mən bilmirəm,biz nə vaxtsa Qazaxıstana çata biləcəyikmi?Minimum əmək haqqı 1000 dollardı,aylıq qaz-iışq-su-telefon filan pulu otuz manat da etmir,qoyun əti-mal əti 8-9 manat,qaz-benzin limitlə,həm də bizdəki limit deyil yəni,pulsuz limitlə,adam kimi yaşayırlar yəni.Onu da deyim ki qazax qızlarının gözəlliyinə heyran oldum,əcaib gözəldirlər yəni,adam yemək istəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol