Menu

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

24.05.2023, 15:35
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Ələkbər 2023-05-24 17:34:31

Əgər Azərbaycanda Sərhəd Xidməti,DTK və DİN bu sahədə işləmək istəsələr tək İrandan yox,heç bir tərfdən Azərbaycana narkotik keçiriməsi mümkün deyil.Bunu bilməyən varmı? ,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol