BU NAZİRLİYƏ YENİ APARAT RƏHBƏRİ TƏYİN OLUNDU - Yüksək vəzifəli şəxsin qardaşıdır

Elm və Təhsil Nazirliyinə Aparat rəhbəri təyin olunub. Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu vəzifəyə Mətin Kərimli təyinat alıb.

Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.

"AzPolitika.info" xatırladır ki, Mətin Kərimli Ali Məhkəməsinin sədri İnam Kərimovun qardaşıdır.

635x100

Şərhlər

Əvəz 2023-05-25 11:04:28

Keçəl həsən,Həsən keçəl. Vəzifələrdə Eyni komanda eyni klanlar, eyni tayfa,eyni regiyon

RÖVŞƏN MURADOV 2023-05-25 09:26:01

Mətin Kərimliyə uğurlar arzulayıram

Mehman 2023-05-25 09:12:33

dolu dənizə yağar. o dilləri öyrənməyə və adı çəkilən uni.ri bitirməyə kisələrlə AZƏRBAYCAN manatı xərclənib. Mənim oğlum SAT imtahanından (2022də) 1600 dən 1540 bal topladı. avropa,ingiltərə və amerikanın tanınmış ins.dan dəvət gəldi.belə gənclər saysızdı bizdə.nə olsun sındırılmış şəkildə 400-500 manata işləıyirlər,o da tapılsa.BİZ HAQQIMIZI AXİRƏTƏ saxlayırıq.

Cəmşid Dərələyəzli 2023-05-25 08:29:58

Yaxşı olar ki, hər bir sahədə yüksək vəzifələrə təyin olunan kadr həmin sahə üzrə ən azı 10 il müxtəlif vəzifələrdə çalışsın. Olaki de bərbad vəziyyətdə olan təhsilə aidiyyatı olmayan bir şəxsin təyin olunması. Maraqlıdır ki, bu kadrları təqdimatını verenler nəyə xidmət edirlər.

İ.İmamov 2023-05-25 00:35:51

Təbrik edirəm və uğurlar arzulayıram .

Asif 2023-05-24 17:29:05

gedib bir ay oxuyurlar olurlar xaricde oxumus)))

Son yazılar