Menu

“Ermənistan KTMT-dən necə çıxa bilər ki...” – Zaxarova Paşinyana cavab verdi

24.05.2023, 16:18
“Ermənistan KTMT-dən necə çıxa bilər ki...” – Zaxarova Paşinyana cavab verdi

“Mən bu barədə dəfələrlə danışmışam. Texniki baxımdan hər şeyin Ermənistandan necə göründüyünü anlaya bilmirəm”.

“AzPolitika.info” xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-ni tərk edə biləcəyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Əgər bu sözlər Ermənistanın KTMT-dən çıxması ilə bağlı zəmin hazırlamaq məqsədi güdürsə, deməliyəm ki, belə sözlərlə manipulyasiya etməyin təhlükəsini başa düşmək lazımdır. Ermənistan KTMT-dən necə çıxa bilər ki...Yaxşı olardı bir daha bu haqda danışardılar. Nəyi nəzərdə tutduqları o qədər də aydın deyil”, - Zaxarova bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol