Menu

Nikol Paşinyan Moskvaya səfərə gedib

24.05.2023, 20:38
Nikol Paşinyan Moskvaya səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib. “Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.

N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol