Menu

Kipr muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq

24.05.2023, 22:24
Kipr muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq

Şimali Kipr Türk Respublikasının Müasir İncəsənət Muzeyi Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümü şərəfinə sərgi təşkil edir.

54 Azərbaycan rəssamının əsərlərindən ibarət “Azərbaycan Müstəqillik Günü Sərgisi” Yaxın Şərq Universiteti xəstəxanasının sərgi salonunda baş tutacaq və mayın 26-da respublika prezidenti Ersin Tatar tərəfindən açılacaq.

Sərginin təşkilatçıları Yaxın Şərq Universiteti və Kipr Müasir İncəsənət Muzeyidir.

Xüsusi sərgi iyunun 2-nə qədər ziyarətçilərin ixtiyarına veriləcək. (Mənbə: neu.edu.tr)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol