“İLK HƏDƏFİMİZ PUTİNİ ÖLDÜRMƏKDİR” - Ukrayna kəşfiyyatının siyahısında daha kimlər var?
“Ukrayna kəşfiyyatının sui-qəsd siyahısındakı ilk hədəf Vladimir Putindir. Ona görə ki, bütün bu baş verənləri o koordinasiya edir və son qərarı özü verir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski Almaniyanın “Die Welt” nəşrinə mesahibəsində deyib.
Ukraynalı komandir hədəflərindəki digər şəxslərin də adlarını açıqlayıb:“Bu siyahı olduqca genişdir. Çünki hər kəs Ukrayna meharibəsindəki hərəkətlərinə görə cavab verməlidir. Siyahıda – “Vaqner”in qurucusu Yevgeni Priqojin, müdafiə naziri Segey Şoyqu, rus komandir Sergey Surovik, Çeçenistan lideri Ramzan Kadırov, eləcə də digər yüksək rütbəli rus hərbi komandirlər var”.
Elvin
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.