Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini bəyan edib.
“Ermənistan bizim təşkilatın üzvüdür, müttəfiqimizdir. Biz sülhün bərqərar olmasında maraqlıyıq və Zaqafqaziyada vəziyyətin sabitləşməsi üçün mümkün olan hər şeyi edirik. Eyni zamanda, erməni tərəfinin KTMT çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı fəaliyyətlərində iştirakının vacibliyini xüsusi qeyd etmək istərdim”, - Şoyqu Minskdə KTMT üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxamasını istisna etməyib. O bildirib ki, Ermənistan öz maraqları çərçivəsində hərbi ittifaqdan ayrılmaq qərarı verə bilər.
“AzPolkitika.info”


Şərhlər
Rusiya ənənəvi olaraq hər vəcdlə ermənistanı müdafiə edir və edəcəkdir...