Menu

Cəlilabadda bacısını xilas edən qız quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT + FOTO

25.05.2023, 17:18
Cəlilabadda bacısını xilas edən qız quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT + FOTO

Cəlilabad rayonunda quduz itin dişlədiyi yeniyetmənin ölümü ilə bağlı təfərrüat məlum olub. “Report”un Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, Cəlilabad şəhərinin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Yeniyetmə bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.

Şərhlər

Şahin 2023-05-26 11:51:32

Tamam Sizlə razıyam .Təəssüf ki ,Bakıda -Əhmədlidə və digər yerlərdə də vəziyyət təhlükəli vəziyyətdədir

Celilabadli 2023-05-26 07:32:20

celilabad xestexanasinda kiminse sagalmasini esidsn bilen goren olub?

t.ədalət 2023-05-25 19:30:35

İt olan evə xeyir-bərəkət girməz,deyiblər.İti həyətdə saxlayırlar ki,artıq-urtuğu yesin.Bu murdar heyvanla bir otaqda yaşayanın ürəyi humanist olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol