Baxmut istiqamətində döyüşən 106 ukraynalı hərbçini azad edilib

Ukrayna müdafiəçiləri Baxmut şəhəri istiqamətində döyüşlər nəticəsində əsir düşən 106 ukraynalı hərbçini mübadilə ilə azad ediblər.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, azad edilənlərdən 8-i zabit, 98-i çavuş və əsgərdir: "Onlar Baxmut istiqamətində vuruşublar. Ölkəmizin şərqinə doğru düşmənin irəliləməsinə imkan verməyərək böyük şücaət göstəriblər”.

A.Yermak deyib ki, əsirlikdən qayıdanlar arasında 68 nəfər itkin düşmüş sayılırmış: “Əsirlikdə azad olunan hərbçilərin ən yaşlısının 59, ən kiçiyinin 21 yaşı var”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar