Dünyada elektrik sistemi çökə bilər – FOTO

Günəşin üzərində Yerdən 4 dəfə böyük olan qara ləkələr yaranıb.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York, Nyu-Cersi, Nebraska və Pensilvaniya əyalətlərindən gözlə görüləcək qədər böyük olduğu bildirilən qara nöqtələr təhlükəli Günəş partlamasından xəbər verə bilər.

Günəş ləkələri çox vaxt Günəşin səthindən kosmosa yayılan günəş alovları adlanan kütləvi "foton partlayışları" ilə əlaqələndirilir.

Ən böyüyü Yerdən dəfələrlə böyük olan nöqtələrin partlaması elektron cihazlarıni, elektrik sistemlərini söndürə, texniki olaraq dünyada elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Mütəxəssislərə görə, partlayışın belə bir risk yaratması üçün o, Günəşin yerə baxan tərəfində baş verməlidir.

NASA bildirir ki, bu partlayışlar 1 milyard hidrogen bombası gücündə enerji yaya bilər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar