Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə olunacaq

“Biz bir həftə sonra Ermənistan və Azərbaycanın baş nazir müavinləri ilə çox vacib texniki detalları müzakirə edəcəyik, lakin bunlar çox vacib detallardır”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir.

“Sərhəd nəzarəti və sərhəddə gömrük nəzarəti necə aparılacaq? Bu, bir həftə sonra Moskvada müzakirə ediləcək suallardır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar