Menu

Daşkəsəndən sel keçir - Əhaliyə çağırış edilib

26.05.2023, 12:39
Daşkəsəndən sel keçir - Əhaliyə çağırış edilib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dağlıq və çay kənarlarında yaşayan əhaliyə çağırış edib.

"Report"un məlumatına görə, nazir müavini vurğulayıb ki, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir:

"Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var. Ona görə də dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olmaq tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir".

Şərhlər

Azər 2023-05-26 12:47:36

Sonra da deyirlər, Azərbaycanda su çatışmır, bu gələn seli bir süni göl yaradıb o gölə yığsalar, ən azı bir il su ehtiyatımızı ödəyər. Bakı suyun üzərində yerləşir, amma suyu Qəbələdən gətirib ağac sulayırlar və yaxud maşın yuyurlar, bunu bəyəm yeraltı suların hesabına etmək olmazmı ? Məncə, bir alman şirkətini bu işlərə cəlb etməlidirlər ki, respublikamızda olan su problemlərini həll etsinlər. Alman mühəndisin çəkdiyi heç bir nasos istifadə edilmədən "Şollar" suyu 100 ildən artıqdır ki, insanlara xidmət edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol