Menu

“Ərdoğan 53,7 faiz səs toplayaraq qalib gələcək” - Sorğu

26.05.2023, 12:40
“Ərdoğan 53,7 faiz səs toplayaraq qalib gələcək” - Sorğu

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir.

Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkisinin birinci turunda Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol