“Rusiyanın gələcəyi yaxşı olacaq...” - Putindən tragikomik açıqlama

Rusiya Prezidenti Vladimir Putin Rusiyanı yaxşı gələcək gözlədiyini bəyan edib. 

“AzPolitika.info” xəbər verir ki, Putin “İşgüzar Rusiya” İctimai Təşkilatının üzvləri ilə görüşündə Rusiyanın böyük resurslarının olduğunu deyib və ölkənin yaxşı gələcəyinin olacağına əminliyini bildirib: “Gələcəyə gəlincə, hamının gələcəyi var. Lakin o, fərqlidir. Bax bu, açar məsələdir. Əminəm ki, Rusiyanın yaxşı gələcəyi olacaq”.

Ukraynadakı müharibənin, 100 minlərlə insan itkisinin, Rusiyanın bütün beynəlxalq aləmdə təcavüzkar, işğalçı kimi tanınmasının, Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyalar məngənəsində boğulmasının, Rusiya ordusunun və silahının gözdən düşməsinin, rusiyalıların bütün dünyada “izqoya” çevrilməsinin, Kremlin gecə-gündüz bütün dünyanı nüvə silahı ilə hədələməsinin və Rusiya adına digər biabırçılıqların fonunda Putinin ölkənin gələcəyilə bağlı bu açıqalması tragikomik təsir bağışlayır.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-05-27 17:01:39

Putin müellim düz deyir.Sadece bir neçe mesele hell olmaludur.Ölkede alkoqolizm aradan qaldırılmalı ve ta münimium seviyyeye çatdirilmalı,fahişelik de o cümleden ve bir de emek qabiliyyetli ehali en axı nahardan sonra da işlemelidir ki , bunlar da qeyri mümkündür.Так,что Putinin defikleti olar ancaq Daldan i все дорогие россияни

Son yazılar