Menu

"Rusiya tezliklə bu zavodu atəşə tutacaq və..." - Putin Ukraynanın əks-hücumunu belə dayandıramaq istəyir

27.05.2023, 12:15
"Rusiya tezliklə bu zavodu atəşə tutacaq və..." - Putin Ukraynanın əks-hücumunu belə dayandıramaq istəyir

Vladimir Putin Kiyevin əks-hücumunun qarşısını almaq üçün Zaporojye Atom Elektrik Stansiyasında (AES) qəza simulyasiyası yaratmağı planlaşdırır.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya qüvvələri tezliklə zavodu atəşə tutacaq və sonra radiasiya sızması olduğunu elan edəcək. Nəticədə beynəlxalq səlahiyyətlilər Ukraynadan bütün hərbi əməliyyatları dayandırmağı və Zaporojye AES-də təhqiqat aparmağı tələb edəcəklər.

Qeyd edək ki, Zaporojye AES müharibənin ilk günlərindən rus hərbçilərinin nəzarətinə keçib. AES-in yaxınlığında dəfələrlə silahlı insidentlər olub və hər iki tərəf bu məsələdə bir-birini günahlandırıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol