Menu

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

27.05.2023, 13:12
Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri;

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.

Şərhlər

Mühəndis 2023-05-27 13:51:10

Bu idarənin doğru məlumatlarnı görən olubmu?Hətta əhali sayını da bilmirlər.Verdikləri işsizlik faizi.iqtisadiyyata aid göstəricilərə ölkədə inanan varmı?Bu iarədə belə qaydada fəaliyyət üçün 2-5 adam olsa yetərlidir.O bayda ştat saxlayıb yaıanıar yazmağın mənası varmı? Hələ bir Kollegiya üzvlərinin sayına bax!Yalan məlumatlar vermək üçün Bu boyda.bu sayda əməkdaşa büdcə xərclərinə niyə hakimiyyətin nəzatəti yoxdur?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol